...

İrəvanda saxlanılan nümayişçilərin hamısı azadlığa buraxılıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 May 2024 17:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda saxlanılan nümayişçilərin hamısı azadlığa buraxılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ermənistan DİN-in son məlumatına görə, İrəvanda 156 etirazçı saxlanılmışdı.

xxx

11:23

Saat 11:00-a olan məlumata görə, İrəvanda saxlanılan nümayişçilərin sayı 151-ə çatıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

xxx

10:13

İrəvanda polis etirazçıların həbsini davam etdirir. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrəvanda səhər saatlarında 88 etirazçı saxlanılıb.

Trend-in məlumatına görə, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi aksiya iştirakçıları polisə qarşı müqavimət göstərib.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanın hazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzə verib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.

Qeyd olunur ki, həmin etirazçılar xüsusi heç nə etmirlər, sadəcə "Daşnaksütyun"un şüarlarını sözbəsöz təkrarlayırlar. Onlar “Qarabağ klanı”nın nümayəndələrinin və şəxsən onun lideri Robert Köçəryanın ən yaxın müttəfiqidir. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti