Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.