Bakı. Trend:
ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq İrəvanda səfərdədir.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Borq hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binasındadır. Burada onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla təkbətək görüşü keçirilir.
Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.
Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən, üçtərəfli formatda görüşüblər.