...

Xaçmazın Çarxı kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2024 17:01 (UTC +04:00)
Xaçmazın Çarxı kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çarxı kəndində növbəti dəfə səyyar qəbul keçirib.

Qəbulda Çarxı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çarxı və Xanlıqoba kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, dəmir yolunda təhlükəsizliyi təmin etmək üçün yeraltı keçidin inşası, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti