...

İraqın şimalında 3 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 13 May 2024 16:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qəndil bölgəsində 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri terroru mənbəyində məhv etmək üçün terrorla mübarizəni davam etdirir.

"İraqın şimalında Qəndil bölgəsində müəyyən edilən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terror yuvalarını məhv etməyi əzm və qətiyyətlə davam etdirəcəyik", - məlumatda qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti