...

İsrail qırıcıları "Hizbullah"ın bir neçə obyektinə zərbələr endirib

Dünya xəbərləri Materials 13 May 2024 02:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda "Hizbullah" hərəkatının iki hərbi obyektinə və iki raket buraxılış qurğusuna zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.

Məlumata əsasən, zərbələr İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq endirilib.

"Son bir neçə saat ərzində qırıcı təyyarələr Livanın cənubundakı Xalta və Kfarhamam bölgələrində "Hizbullah"ın iki raket buraxılış meydançasına zərbələr endirib. Bundan əlavə, Əl-Xəraib bölgəsində "Hizbullah" terrorçularının iki hədəfi vurulub", - deyə bildirilib.

İsrail ordusu qeyd edib ki, gün ərzində İsrailin şimalındakı bir sıra əraziləri istiqamətində Livandan çoxlu zərbələr qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti