...

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşü konstruktiv keçib - Mirzoyan

Siyasət Materials 13 May 2024 12:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları konstruktiv keçib.

Trend xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

"Danışıqlar dəfələrlə səsləndirilən prinsiplərin üslubunda davam etdirilir", - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb.

Səfər çərçivəsində, nazirlər Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə ayrı-ayrılıqda ikitərəfli, o cümlədən üçtərəfli formatda görüşüblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti