...

Çində Azərbaycan Ticarət Evi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2024 18:08 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət evlərinin sayını artırır.

Trend bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

"Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie, Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət göstərir.

Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarının satıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti