...

Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə çatıb

Dünya xəbərləri Materials 13 May 2024 09:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqın nəticəsində ölənlərin sayının 144 nəfərə çatdığını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə yerli G1 portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.

81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Xəbər lenti

Xəbər lenti