...

Azərbaycan çempionatında finalın təqvimi açıqlanıb

İdman Materials 13 May 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının təqvimi açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son çempion "Sabah" və "Xəzri" arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Çempionluq uğrunda qarşılaşmalar "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Final seriyasının ilk oyunu mayın 16-da baş tutacaq.

İkinci matç ayın 19-da, üçüncü duel 22-də təşkil olunacaq. Əgər komandalardan biri üç qələbə qazanmasa, dördüncü oyun mayın 24-də, beşinci qarşılaşma 28-də keçiriləcək.

Qeyd edək ki, bütün oyunlar saat 19:30-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Final seriyasında üç qələbə qazanan komanda çempion olacaq.

Xəbər lenti

Xəbər lenti