...

Azərbaycan atleti çempion olub

İdman Materials 13 May 2024 01:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan atletləri Özbəkistanın Daşkənd şəhərində keçirilən açıq Mərkəzi Asiya çempionatının ikinci günündə uğurlu çıxış ediblər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rüstəm Məmmədov üçtəkanla tullanmada 1-ci yeri tutub.

Təmsilçimiz 15,93 metr nəticə göstərərək, bütün rəqiblərini arxada qoyub. Yığmamızın daha bir üzvü Cabir Əliyev (15,21 m) 7-ci yeri tutub.

Qeyd edək ki, çempionatın ilk günündə Nazim Babayev uzunluğa tullanmada 2-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti