Bakı. Trend:
2024-cü ilin yanvar-aprel ayları ərzində Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə təmin edilmiş birbaşa qaz axınının ümumi həcmi 3 585 199 330 kilovatt-saat, ümumi kəsilən əks axın isə 134 079 926 kilovatt-saat (təkcə aprel ayı ərzində toplanan) olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq boru kəmərinin operatoru olan "ICGB AD" şirkətindən bildiriblər.
"2024-cü ilin aprel ayında birbaşa qaz axınının ümumi həcmi 897 466 188 kilovatt-saat, ümumi kəsilən əks axın isə 134 079 926 kilovatt-saat olub", - deyə şirkətdən bildiriblər.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.
İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)