Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.
Trend xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.
Qeyd edək ki, o, son illər ərzində Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.