...

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Cəmiyyət Materials 13 May 2024 12:53 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.05.2024 - 12.05.2024) açıqlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 6 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 358 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 880.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti