Bakı. Trend:
Amerikalı aktyor Stiv Buşemi naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra Nyu-York xəstəxanalarından birinə yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə "The New York Post" qəzeti xəbər verib.
"Stiv Buscemi Manhettenin mərkəzində hücuma məruz qaldı və şəhərdə təsadüfi zorakılıq aktının növbəti qurbanı oldu", - deyə aktyorun mətbuat katibi bildirib.
O, həmçinin qeyd etdi ki, S.Buşeminin vəziyyəti yaxşıdır və hər kəsin xoş arzularını yüksək qiymətləndirir.
Aktyora hücum edən şəxs hadisə yerində qaçıb. Həmin şəxsin axtarışı aparılır.