...

"Real" "Liverpul"un liderlərindən birini transfer edə bilər

İdman Materials 13 May 2024 18:50 (UTC +04:00)

Bakı. Trend:

"Liverpul"un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold yay transfer pəncərəsində İspaniyaya köçə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano paylaşım edib.

O bildirib ki, 25 yaşlı futbolçu Madrid "Real"ının hədəfindir. “Kral klubu” “Liverpul” müdafiəçisinin keçidinə isti yanaşır və onu Daniel Karvahalın əvəzedicisi kimi görür.

Lakin hələlik İspaniya komandası ilə futbolçu arasında danışıqlar başlamayıb. Yalnız Madrid klubunun ciddi marağı təsdiqlənib.

İngiltərə millisinin üzvü Aleksander-Arnold peşəkar karyerasında ancaq Mersisaydlıları təmsil edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, futbolçunun transfer dəyəri 70 milyon avrodur.

Xəbər lenti

Xəbər lenti