...

COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək - Nuri Ozbağdatlı

İqtisadiyyat Materials 13 May 2024 10:58 (UTC +04:00)
COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək - Nuri Ozbağdatlı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək.

Trend xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (BMTİP) Avropa və Mərkəzi Asiya regionunda iqlim dəyişmələri üzrə portfolio koordinatoru Nuri Özbağdatlı Azərbaycanın COP29-a sədrliyi çərçivəsində şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

"Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi rolu son dərəcə vacibdir. COP29-un uğuru COP30-un uğurla keçiriləcəyi anlamına gələcək", - deyə o bildirib.

O, həmçinin, BMTİP üçün şəffaflığa dair iki illik hesabatın (BTR) hazırlanması üzərində Azərbaycanla işləməyin böyük şərəf olduğunu qeyd edib.

"Növbəti iki il BMTİP üçün son dərəcə vacibdir. Biz iqlim üzrə iddialı, sürətli və inklüziv tədbirlər üzərində işləyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti