Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında Qəzza zolağının cənubundakı Rəfahda genişmiqyaslı quru əməliyyatı olacağı təqdirdə mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.
"Dövlət katibi Qəzzada mülki vətəndaşların və humanitar işçilərinin qorunmasının təcili ehtiyac olduğunu vurğulayıb və dövlət katibini yardımların Qəzzaya çatmasını təmin etməyə çağırıb", - deyə qeyd olunub.
Eyni zamanda, A.Blinken bir daha qeyd etdi ki, ABŞ “İsrailin təhlükəsizliyinə və HƏMAS-ı məğlub etmək kimi ümumi məqsədə sadiq" olsa da, Vaşinqton buna baxmayaraq, “bir milyondan çox insanın sığınacaq tapdığı Rəfahda böyük hərbi quru əməliyyatına qarşıdır”.