...

MİT İraqda daha bir PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 13 May 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda həyata keçirilən əməliyyatla PKK/KCK-HPG-nin "rəhbər şəxs"lərindən olan Sedat Aksunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, "Şevger Çiya" kod adlı Sedat Aksu hücuma hazırlaşan terrorçuları sursatla təmin edib.

Bundan başqa, MİT Sedat Aksunun 2016-cı ildə Suriyanın şimalında Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan hücumlarla bağlı birbaşa təlimat verdiyini müəyyən edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti