...

Deputat Musa Quliyev: Azərbaycanda ən ağır əməliyyatlar, hətta orqan köçürülməsi uğurla aparılır

Cəmiyyət Materials 13 Sentyabr 2013 11:22 (UTC +04:00)
“Bu gün Azərbaycan səhiyyəsinin inkişafı elə bir həddə gəlib çatıb ki, artıq qonşu ölkələrdən Azərbaycana müraciət edən xəstələr var.
Deputat Musa Quliyev: Azərbaycanda ən ağır əməliyyatlar, hətta orqan köçürülməsi uğurla aparılır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

"Bu gün Azərbaycan səhiyyəsinin inkişafı elə bir həddə gəlib çatıb ki, artıq qonşu ölkələrdən Azərbaycana müraciət edən xəstələr var. Xüsusilə qaraciyər və böyrək köçürmələrinin aparılmaslı məqsədilə Dağıstandan, Gürcüstandan, Orta Asiya respublikalarından Azərbaycana müraciət edənlər var".

Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılış mərasimində söylədiyi "Biz çalışmalıyıq ki, dünyada səhiyyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun" fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda ən ağır əməliyyatlar, hətta orqan köçürülməsi uğurla aparılır. Hazırda Azərbaycanda ürək köçürməsindən başqa, demək olar ki, bütün orqan köçürmələri həyata keçirilir. Ona görə də Azərbaycan vətəndaşlarının ağır əməliyyatlar aparması üçün xaricə getmələrinə ehtiyac yoxdur: "Ölkə Prezidenti də qeyd etdi ki, Azərbaycan vətəndaşları artıq ağır əməliyyatların həyata keçirilməsi üçün xaricə getməli deyillər. Çünki buna lüzum yoxdur. Bu gün Azərbaycan vətəndaşlarının müalicə olunmaq və ağır əməliyyatların aparılması üçün xaricə getmələrinə ehtiyac yoxdur".

M.Quliyev bildirib ki, hər bir dövlətin sosial inkişaf səviyyəsi onun iqtisadi inkişaf səviyyəsi ilə ölçülür. Azərbaycanda da sosial inkişafın modeli özünü doğruldur: "Bu gün təkcə Bakıda deyil, respublikanın regionlarının hamısında müasir tələblərə cavab verən klinikalar var. Poliklinikalar ya yenidən tikilir, ya da əsaslı şəkildə təmir edilir".

M.Quliyev deyib ki, kadr potensialı gündən-günə gücləndirilir. Bu, həm xarici ölkələrdə kadr hazırlığı aparmaq, həm də Azərbaycanın tibbi təhsil sistemində rezidenturanın tətbiqi ilə həyata keçirilir.

MM üzvünün sözlərinə görə, Prezidentin tapşırığı ilə ildə 1500-ə yaxın Azərbaycanın həkim və orta tibb işçisi təcrübə mübadiləsi aparmaq üçün qabaqcıl Avropa ölkələrinə gedir. Azərbaycan səhiyyəsində ən müasir texnologiyanın tətbiqi olunduğunu deyən M.Quliyev qeyd edib ki, bu gün dünyada aparılan bütün müayinə metodları ölkəmizdə tətbiqi edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti