...

Bakının Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "paintball" yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2014 10:36 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə Bakı Paintball Mərkəzində “paintball” yarışı keçirib.
Bakının Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "paintball" yarışı keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə Bakı Paintball Mərkəzində "paintball" yarışı keçirib.

Trend-in məlumatına görə, tədbirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının Şura üzvləri Əkbər Miskinov, Əlamdar Bayramov, rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və digərləri deyiblər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.

Bildirilib ki, Azərbaycan xalqı qəhrəman xalqdır və ölkəmiz şanlı tarixi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Çünki, bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Məhz, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi əyani sübutdur.

Vurğulanıb ki, müstəqil dövlətdə yaşayan hər bir gənc bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bütün gənclər onun qorunması, möhkəmləndirilməsi naminə əlindən gələni etməlidir.

Qeyd edilib ki, bu cür yarışların keçirilməsi də bir daha gənclərdə vətənpərvərlik hislərini yüksəlmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır.

Çıxışlardan sonra yarışa start verilib.

Yarışda "Mübariz", "Fərid", "İbadın kəşfiyyatçıları" və "Nizami" komandaları iştirak ediblər.

Hazırlıqlı olan və peşəkarlıq nümayiş etdirən "İbadın kəşfiyyatçıları" komandasının üzvləri yarışın qalibi olublar.

Yarışın sonunda qaliblərə hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti