...

YAP Gənclər Birliyi "Qəhrəmanlıq Salnaməsi" adlı layihəyə start verib (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2014 12:58 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Qəhrəmanlıq Salnaməsi" adlı layihəyə start verib.
YAP Gənclər Birliyi "Qəhrəmanlıq Salnaməsi" adlı layihəyə start verib (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Qəhrəmanlıq Salnaməsi" adlı layihəyə start verib.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin açılış mərasimində Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov iştirak edib.

Tədbirin açılışında dövlət himni oxunub və YAP gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Qarabağ şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ümumilikdə 50-ə yaxın gəncin iştirak etdiyi tədbiri YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov açıq elan etdikdən sonra söz layihə rəhbəri Vüsalə Hüseynovaya, sonra isə İ.Hüseynova verilib və sonda gənclər öz sualları ilə diskussiyanı davam etdiriblər.

Eləcə də tədbirdə qonaqlar - "Xüsusi təyinatlı" kitabının müəllifi Sahib Şirinov, 129 saylı məktəbin direktoru Samir Mehdizadə və İbad Hüseynovun mətbuat xidmətinin rəhbəri Gülşən Behbudi çıxış ediblər.

Qeyd edək ki, "Qəhrəmanlıq Salnaməsi" adlı layihənin rəhbəri YAP Gənclər Birliyinin fəal üzvü V.Hüseynovadır. Layihə çərçivəsində gənclərin yaradıcılıq nümunələri toplanaraq kitabça halına salınıb gənclərə paylanılacaq. Eyni zamanda, Milli qəhrəmanlarımız haqqında hazırlanmış tanıtım videoçarxının təqdimatı edilib. Həmçinin qeyd olunub ki, sosial şəbəkələrdə həmin videoçarx geniş yayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti