...

Sinoptiklərdən xəbərdarlıq: Bakı həftə ərzində küləkli olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Avqust 2014 13:02 (UTC +04:00)
Sabahdan başlayaraq avqustun 10-na kimi Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq.
Sinoptiklərdən xəbərdarlıq: Bakı həftə ərzində küləkli olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sabahdan başlayaraq avqustun 10-na kimi Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Avqustun 6-dan həftənin sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Nazirlik bununla bağlı artıq müvafiq qurumları xəbərdarlıq edib.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-39 dərəcə, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti