...

İstirahət günü Azərbaycanda hava küləkli olacaq

Cəmiyyət Materials 30 Avqust 2014 12:55 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.
İstirahət günü Azərbaycanda hava küləkli olacaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

İstirahət günü Azərbaycanda hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında avqustun 31-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti