...

Azərbaycanda "Bilik kuboku" uğrunda yarışlara start verilib

Cəmiyyət Materials 12 Sentyabr 2014 10:36 (UTC +04:00)
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışlarına start verilib.
Azərbaycanda "Bilik kuboku" uğrunda yarışlara start verilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin təsis etdiyi "Bilik kuboku" uğrunda breyn-rinq yarışlarına start verilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, "Baku Crystal Hall"da keçirilən intellektual oyunlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda mübarizə aparır. İlk oyunda təhsil naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər iştirak edib.

Oyunlar 4 ay ərzində keçiriləcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş "Bilik kuboku"nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək.

"Bilik kuboku"nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.

İlk seçim görüşündə "Bilik kuboku"nun son sahibi "Norm sement" komandası ilə "Fortuna" komandası qarşılaşıb. "Norm sement" rəqiblərinə 5-1 hesabı ilə qalib gəlib.

İkinci seçim görüşü "BDU" ilə "Aviasiya Akademiyası" komandaları arasında olub. Gərgin keçən mübarizə "BDU"nun üstünlüyü ilə başa çatıb.

Birinci final qarşılaşmasında "Norm sement" "BDU" komandasını üstələyərək qalib gəlib. Növbəti final görüşü də bu iki komanda arasında baş tutub və sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, "Norm sement" sentyabr ayının finalında oynamaq hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti