...

Bakı metrosunun sutkalıq iş rejiminə keçməsi məsələsinə aydınlıq gətirildi

Cəmiyyət Materials 16 Sentyabr 2014 16:18 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi tərəfindən sutkalıq iş rejiminə keçilməsi məsələsi müzakirə olunmur.
Bakı metrosunun sutkalıq iş rejiminə keçməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi tərəfindən sutkalıq iş rejiminə keçilməsi məsələsi müzakirə olunmur.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, yaxın gələcəkdə metroda nə sutkalıq iş rejiminə keçilməsi, nə də iş vaxtının uzadılması nəzərdə tutulmur: "Bakı Metropoliteni gün ərzində 18 saat sərnişinlərin xidmətindədir. Metropolitendə giriş səhər saat 06:00-dan gecə saat 24:00-dək sərnişinlər üçün açıqdır. Lakin hazırda Metropolitenin iş qrafikində nə sutkalıq rejimə keçid, nə də iş vaxtının uzadılması nəzərdə tutulmur. İctimai nəqliyyatın tərkib hissəsi kimi, Metrpolitenin də müəyyən iş vaxtı var. Diqqət yetirsəniz, şəhərdə gecələr avtobuslar da işləmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti