...

"Altılıq" ölkələrinin bütün nazirləri noyabrın 24-nün axşamınadək Vyanada qalmağa hazırdırlar

Dünya xəbərləri Materials 23 Noyabr 2014 17:53 (UTC +04:00)
"Altılıq" ölkələrinin bütün nazirləri noyabrın 24-nün axşamınadək Vyanada qalmağa hazırdırlar, mərhələnin uzadılması məsələsi həll olunacaq.
"Altılıq" ölkələrinin bütün nazirləri noyabrın 24-nün axşamınadək Vyanada qalmağa hazırdırlar

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

"Altılıq" ölkələrinin bütün nazirləri noyabrın 24-nün axşamınadək Vyanada qalmağa hazırdırlar, mərhələnin uzadılması məsələsi həll olunacaq. Trend TASS agentliyinə istinadən bu barədə məlumatlı mənbə xəbər verib.

"Müvafiq siqnallar nümayəndə heyətləri tərəfindən alınıb, - mənbə bildirib. Danışıqlar həlledici mərhələyə keçir".

İran və "altılığın" danışıqlarının tamformatlı nazirlər seqmenti noyabrın 24-nə planlaşdırılıb. Bu barədə TASS agentliyinə noyabrın 23-də məlumatlı mənbə bildirib.

"Hələlik nazirlər iclasının bazar ertəsi keçiriləcəyi barədə anlaşma var", - mənbə bildirib.

Onun sözlərinə görə, noyabrın 23-də nazirlərin bir sıra müxtəlif ikitərəfli və çoxtərəfli formatlarda görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti