...

Türkiyədə müdafiə naziri postuna hakim partiyadan iki deputat iddialıdır

Dünya xəbərləri Materials 3 İyul 2015 11:47 (UTC +04:00)
Türkiyədə müdafiə naziri postuna hakim Ədalət və İnkişaf Partiyasından (AKP) iki deputatın namizədliyi irəli sürülüb.
Türkiyədə müdafiə naziri postuna hakim partiyadan iki deputat iddialıdır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə müdafiə naziri postuna hakim Ədalət və İnkişaf Partiyasından (AKP) iki deputatın namizədliyi irəli sürülüb. Trend bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bu, deputatlar Alpaslan Kavaklıoğlu və Mahir Ünalın namizədliyidir.

A.Kavaklıoğlu əvvəl Erzincan və Sakarya valisinin köməkçisi olub. Uzun illər ölkənin Daxili İşlər Nazirliyində, daha sonra Türkiyə Nazirlər Kabinetində çalışıb. Deputat Türkiyə Milli Təhlükəsizlik Akademiyasının məzunudur. İngilis və yapon dillərini bilir.

M.Ünal Mərmərə Universitetinin məzunudur. 2004-cü ildən AKP-nin seçki kampaniyasında strateji məsləhətçi olub. Ərəb və ingilis dillərini bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti