...

Avropa Məhkəməsi Ermənistana qarşı iddiaya baxacaq

Dünya xəbərləri Materials 9 Oktyabr 2015 16:18 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsi "Artur Akopyan Ermənistan Respublikasına qarşı" adlı işə baxacaq.
Avropa Məhkəməsi Ermənistana qarşı iddiaya baxacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Avropa İnsan Hüquqları Məhkəməsi "Artur Akopyan Ermənistan Respublikasına qarşı" adlı işə baxacaq.

Trend-in məlumatına görə, məhkəməyə iş üzrə vəkillər Ervand Varosyan və Lusine Saakyan müraciət ediblər.

Qeyd edək ki, 2009-cu il iyunun 27-də yol polisi əməkdaşları küçədə A.Akopyanı dava etməyə təhrik edib və şöbəyə apararaq döyüblər. Nəticədə onu hakimiyyət nümayəndəsinə güc tətbiqində ittiham edərək həbs ediblər.

Məhkəmədə qaldırılmış iddiaya əsasən iş çərçivəsində Avropa İnsan Haqları Konvensiyasının lll maddəsi (işgəncə verilməsinin qadağan edilməsi) pozulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti