...

İranda polis zabiti öldürülüb

Dünya xəbərləri Materials 27 Noyabr 2015 10:13 (UTC +04:00)
İranın Babulsər şəhərində atışma olub, polis zabiti Məhəmməd Əbdi aldığı güllə yarasından həlak olub.
İranda polis zabiti öldürülüb

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Babulsər şəhərində atışma olub, polis zabiti Məhəmməd Əbdi aldığı güllə yarasından həlak olub. Trend-in məlumatına görə, bu barədə İranın Fars xəbər agentliyi məlumat verib.

Ötən gecə polis Babulsər şəhərinin Bəhənmir meydanında şübhəli avtomobili saxlayıb yoxlama aparmaq istəyərkən, avtomobilin içərisində olan şəxslər tərəfindən polisə atəş açılıb. Atəş açanlar hadisə yerindən qaçıblar. Polis zabiti aldığı güllə yarasından həlak olub.

Polis axtarış əməliyyatı həyata keçirib və polis zabitini öldürən şəxs və onun yanındakı 4 nəfər saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti