...

Yerevanda etiraz aksiyasının iştirakçıları bir sıra şərtlər irəli sürüblər: Sarkisyan getməlidir

Dünya xəbərləri Materials 28 İyul 2016 00:59 (UTC +04:00)
Yerevanda etiraz aksiyasının iştirakçıları hakimiyyətə bir sıra tələblər irəli sürüblər
Yerevanda etiraz aksiyasının iştirakçıları bir sıra şərtlər irəli sürüblər: Sarkisyan getməlidir

Bakı. Trend:

Yerevanda etiraz aksiyasının iştirakçıları hakimiyyətə bir sıra tələblər irəli sürüblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polis binasını ələ keçirən silahlı qrupa dəstək məqsədi ilə təşkil edilən etiraz aksiyasının iştirakçıları polis tərəfindən saxlanılanların azad edilməsini tələb edirlər.

Onlar həmçinin prezident Serj Sarkisyandan istefa verməyi tələb edirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti