...

Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir

Dünya xəbərləri Materials 17 Noyabr 2016 19:50 (UTC +04:00)
Avopa İttifaqına daxil olan ölkələr Ukrayna ilə vizasız rejimin tətbiqini təsdiq edib.
Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir

Bakı. Trend:

Avopa İttifaqına daxil olan ölkələr Ukrayna ilə vizasız rejimin tətbiqinin təsdiqi ilə bağlı ilkin qərar verib.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Aİ Şurasının bununla bağlı yaydığı bəyanatda deyilir: "Şura Ukrayna ilə vizasız rejimin liberallaşdırılması ilə bağlı danışıqların mövqeyini təsdiq edir".

Qeyd edək ki, ötən ilin dekabrında Avropa Komissiyası bəyan etmişdi ki, Kiyev vizasız rejimə keçidlə bağlı tələb olunan şərtləri yerinə yetirib. Amma müvafiq qərarın qəbulu indiyə qədər ləngiyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti