...

Ərdoğan: Türkiyə ABŞ ilə razılığa gələ bilmədi

Dünya xəbərləri Materials 21 Noyabr 2016 10:14 (UTC +04:00)
Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi.
Ərdoğan: Türkiyə ABŞ ilə razılığa gələ bilmədi

Bakı. Trend:

Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib.

Dövlət başçısı ABD ilə YPG terror qruplaşmasına silah-sursat tədarükü ilə bağlı razılıq əldə olunmamasına toxunub:

"İŞİD ilə savaşdığı üçün digər terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında "yaxşı-pis" deyə fərq qoymaq olmaz. Lakin biz bu məsələdə ABŞ ilə anlaşa bilmədik".

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyasına da münasibət bildirən R.T.Ərdoğan qeyd edib: "Bundan əvvəl Türkiyə günahkarları ABŞ-a ekstradisiya etmişdi və eyni hərəkəti Birləşmiş Ştatlardan gözləyirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti