...

XİN: Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız qoymayacaq

Dünya xəbərləri Materials 30 Dekabr 2016 16:58 (UTC +04:00)
Prezident Vladimir Putin Rusiyadan ABŞ diplomatlarının çıxarılmamasına qərar verib.
XİN: Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız qoymayacaq

Bakı. Trend:

Prezident Vladimir Putin Rusiyadan ABŞ diplomatlarının çıxarılmamasına qərar verib. Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.

Putinin sözlərinə görə, Rusiya ABŞ-ın addımına cavab hüququnu özündə saxlayır, lakin Moskva “mətbəx diplomatiyası” səviyyəsinə enməyəcək.

Putin deyib: “Fəaliyyətini başa vuran administrasiyanın xoşagəlməz addımlarını Rusiya-ABŞ münasibətlərini pozmağa yönəlmiş təxribat kimi qiymətləndiririk”

Bu gün həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaların cavabsız qalmayacağını bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama ötən gün Rusiyanın 35 diplomatının ölkədən çıxarılması barədə qərar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti