...

Qonşuluqda qrip epidemiya halını aldı

Dünya xəbərləri Materials 17 Yanvar 2017 15:15 (UTC +04:00)
Rusiyanın Çelyabinsk vilayətində qripə yoluxma halı epidemiya şəklini alıb.
Qonşuluqda qrip epidemiya halını aldı

Bakı. Trend:

Rusiyanın Çelyabinsk vilayətində qripə yoluxma halı epidemiya şəklini alıb. Trend-in məlumatına görə, bu barədə regionun səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xəstəxanalara mindən artıq xəstə yerləşdirilib. Onlardan 65 nəfərin vəziyyəti ağır qiymətləndirilir, hətta 3 nəfər süni tənəffüs aparatına qoşulub. Xəstələrin 549 nəfəri uşaqdır.

Xəstəxanaya yerləşdirilən xəstələrin 28 nəfərində 1А (Н1N1), 27 nəfərində isə А(H3N2) qripi virusu aşkar edilib.

Xəbər lenti

Xəbər lenti