...

İraqda partlayış - 15 ölü (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 Fevral 2017 20:03 (UTC +04:00)
İraqda minalanmış avtomobilin partlamasından sonra şok dalğasının görüntüləri yayılıb.
İraqda partlayış - 15 ölü (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:09-da yayılıb)

İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partlaması nəticəsində 15 nəfər ölüb. Trend xəbər verir ki, Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, daha 50 nəfər yaralanıb.

Partlayış əsasən şiələrin məskunlaşdığı Mədiant-əs-Sədr rayonunda baş verib.

Minalanmış avtomobilin partlamasından sonra şok dalğasının görüntüləri yayılıb.

Qeyd edək ki, güclü təsirə malik belə partlayışlar güclü istilik, qaz, səs və işıqla müşayiət olunur. Bu zaman, əsasən, daxili orqanların zədələnməsi və yanğın xəsarətləri nəticəsində insan tələfatı qeydə alınır.

Trend-in "Habertürk" qəzetinə istinadən həmin videogörüntünü təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti