...

Avtobus körpüdən aşdı - 8 ölü, 30 yaralı

Dünya xəbərləri Materials 28 Fevral 2017 09:08 (UTC +04:00)
Hindistanın cənub-şərqində Andhra-Pradeş ştatında avtobus idarəetməni itirərək çaya düşüb.
Avtobus körpüdən aşdı - 8 ölü, 30 yaralı

Bakı. Trend:

Hindistanın cənub-şərqində Andhra-Pradeş ştatında avtobus idarəetməni itirərək çaya düşüb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 8 nəfərin öldüyü, 30-a yaxın adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Yol-nəqliyyat hadisəsi avtobus körpüdən keçərkən baş verib. Avtobusun içindən cəsədləri və yaralıları çıxarmaq üçün xilasetmə xidməti əməkdaşları qaz kəsicilərindən istifadə etməyə məcbur olublar.

Hazırda yaralılardan 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın ilkin səbəbi olaraq sürücünün sükan arxasında yuxuya getməsi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti