...

Tramp Əfqanıstan prezidentinə: Arxayın ol!

Dünya xəbərləri Materials 3 Mart 2017 11:52 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzay arasında telefon danışığı baş tutub.
Tramp Əfqanıstan prezidentinə: Arxayın ol!

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzay arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, danışıqlar zamanı D.Tramp Əfqanıstan prezidentinə ABŞ qoşunlarının bu ölkədə qalacağını və Əfqanıstan Silahlı Qüvvələrinə hər cür dəstəyi göstərəcəyini vəd edib.

Qeyd edək ki, ABŞ və NATO ötən il Əfqanıstana dəstək sahəsində öhdəliklərini yerinə yetirəcəyini bildirmişdi. NATO və Əfqanıstan arasındakı sazişə əsasən, bu ölkədə 12 minə yaxın xarici hərbi qulluqçu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti