...

Venesuela parlamenti humanitar böhran elan edib

Dünya xəbərləri Materials 15 Mart 2017 08:37 (UTC +04:00)
Venesuela parlamenti ölkədə humanitar böhranın olduğunu elan edib
Venesuela parlamenti humanitar böhran elan edib

Bakı. Trend:

Venesuela parlamenti ölkədə humanitar böhranın olduğunu elan edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu haqda qərar martın 14 milli assambleya tərəfindən yekdilliklə qəbul edilib.

Parlament, həmçinin, ərzaq təchizatında problemlərin araşdırılması üzrə komissiyanın yaradılmasını haqda qərar verib.

Ölkədə yaranan bəzi məhsulların çatışmamazlığının səbəbi kimi sürətlə gedən inflyasiya, neftin qiymətinin düşməsi ilə əlaqədar dövlətin gəlirlərinin azalması və qanunverici və icra hakimiyyəti arasında olan siyasi böhran göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti