...

Parisdə polislə qarşıdurma: 35 nəfər saxlanılıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Mart 2017 11:49 (UTC +04:00)
Fransa paytaxtında keçirilən etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb.
Parisdə polislə qarşıdurma: 35 nəfər saxlanılıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:26-da yayılıb)

Bakı. Trend:

Fransa paytaxtında keçirilən etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, Parisdə Asiya əsilli kişinin polis tərəfindən qətlinə etiraz olaraq bu gecə keçirilən nümayişdə təqribən 150 nəfər iştirak edib.

Paris prefekturasından bildiriblər ki, polis əməkdaşları Asiya icmasının nümayəndələri ilə insidenti müzakirə etməyə hazır olub, lakin "əlaqələndiricinin səhvi ucbatından" görüş baş tutmayıb.

X X X

10:26

Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.

Trend-in məlumatına görə, qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.

"Le Parisien" qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun asayiş keşikçilərinə bıçaqla hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Üç nümayişçinin saxlanıldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti