Bakı. Trend:
Avstraliyada daşqınlar nəticəsində azı 2 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təbii fəlakət 100 mindən artıq evi elektriksiz qoyub. Ölkə hakimiyyəti qorxur ki, daha çox insan daşqınların qurbanı ola bilər.
Daha əvvəl bildirilirdi ki, Avstraliyada daşqın təhlükəsi səbəbindən təxminən 40 min nəfər evlərini tərk etməlidirlər.