...

ABŞ və Çin liderləri Koreyanı telefonda müzakirə etdilər

Dünya xəbərləri Materials 24 Aprel 2017 09:19 (UTC +04:00)
Çin lideri Si Tszinpin və ABŞ prezidenti Donald Tramp arasında Koreya yarımadası probleminin nizamlanmasına həsr olunmuş telefon söhbəti baş tutub.
ABŞ və Çin liderləri Koreyanı telefonda müzakirə etdilər

Bakı. Trend:

Çin lideri Si Tszinpin və ABŞ prezidenti Donald Tramp arasında Koreya yarımadası probleminin nizamlanmasına həsr olunmuş telefon söhbəti baş tutub. Trend-in məlumatına görə, Mərkəzi Çin Televiziyasının yaydığı xəbərə görə, həmçinin Çin və ABŞ münasibətləri də telefon söhbətinin müzakirə mövzusu olub.

Telefon söhbəti zamanı Çin lideri bildirib: "Ümid edirəm ki, bütün tərəflər Koreya məsələsində təmkin nümayiş etdirəcəklər. Bütün tərəflər gərginliyi artıracaq qərarlardan çəkinməlidirlər".

Xəbər lenti

Xəbər lenti