...

Əfqanıstanda televiziya şirkəti yaxınlığında PARTLAYIŞ

Dünya xəbərləri Materials 17 May 2017 11:45 (UTC +04:00)
Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib
Əfqanıstanda televiziya şirkəti yaxınlığında PARTLAYIŞ

Bakı. Trend:

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib. Trend-in məlumatına görə, partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib.

Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib. Onlardan ikisi özünü partlatdıqdan sonra, bir silahlı binaya daxil ola bilib.

Bina daxilində də atışmanın qeydə alındığı barədə məlumat verilib.

Hadisə nəticəsində itkilərin olub-olmaması hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti