...

İranda kişilər arasında ölüm halları artıb

Dünya xəbərləri Materials 10 Oktyabr 2013 12:22 (UTC +04:00)
Statistika göstərir ki, kişilər arasında ölüm halları çoxalıb. Belə ki, cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) 180 min 525 nəfər vəfat edib ki, onlardan 102 min 229 nəfəri kişi, 78 min 296 nəfəri isə qadındır.
İranda kişilər arasında ölüm halları artıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir T.Cəfərov/

Statistika göstərir ki, kişilər arasında ölüm halları çoxalıb. Belə ki, cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) 180 min 525 nəfər vəfat edib ki, onlardan 102 min 229 nəfəri kişi, 78 min 296 nəfəri isə qadındır.

Bunu İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Əhalinin Siyahıyaalınması Bürosunun direktoru Əli Əkbər Məhzun deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məhzunun sözlərinə görə, ölənlərin 139 min 441 nəfəri şəhərlərdə, 41 min 84 nəfəri isə kəndlərdə yaşayanlardır.O bildirib ki, orta hesabla gün ərzində 971 nəfər vəfat edir ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.

Məhzun əlavə edib ki, cari ilin ilk altı ayı ərzində ölkədə doğum halları da 2,5 faiz artıb: "İlk altı ay ərzində 734 min 60 doğum halı qeydə alınıb ki, onlardan 377 min 618-i oğlan, 356 min 442 -si isə qızdır".

Məhzunun sözlərinə görə, gün ərzində ölkədə orta hesabla 3947 körpə dünyaya göz açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti