...

Netanyaxu Kerridən ABŞ-ın aviaşirkətlərinin İsrailə uçuşlarını yeniləməyi xahiş edib

Dünya xəbərləri Materials 23 İyul 2014 03:43 (UTC +04:00)
Israilin baş naziri Binyamin Netanyaxu ABŞ-ın dövlət katibi Con Kerridən İsrailə ABŞ aviaşirkətlərinin uçuşlarını yeniləməyə kömək etməyi xahiş edib.
Netanyaxu Kerridən ABŞ-ın aviaşirkətlərinin İsrailə uçuşlarını yeniləməyi xahiş edib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İsrailin baş naziri Binyamin Netanyaxu ABŞ-ın dövlət katibi Con Kerridən İsrailə ABŞ aviaşirkətlərinin uçuşlarını yeniləməyə kömək etməyi xahiş edib.

Trend Reyter agentliyinə istinadən bu barədə çərşənbə gecəsi İsrail məmuru xəbər verir.

ABŞ-ın mülki aviasiyası üzrə İdarəsi çərşənbə axşamı ABŞ aviaşirkətlərinə İsrailə və İsraildən uçuşları qadağan edib, RİA Novosti agentliyi yazır.

Bu ondan sonra oldu ki, Fələstin raketi Təl-Əvivin beynəlxalq hava limanı ilə qonşuluqda olan İsrailin Yexud şəhərində yaşayış binasına düşdü.

Xəbər lenti

Xəbər lenti