...

Norveç Olimpiya Komitəsi: Avropa Oyunları qitə üçün yaxşı ənənəyə çevriləcək

Baku 2015 : EUROGAMES Materials 8 May 2015 22:00 (UTC +04:00)
Norveç Bakıda I Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyir və əmindir ki, yarışlar yaxşı təşkil ediləcək.
Norveç Olimpiya Komitəsi: Avropa Oyunları qitə üçün yaxşı ənənəyə çevriləcək

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir Cəmilə Əliyeva/

Norveç Bakıda I Avropa Oyunlarının başlamasını səbirsizliklə gözləyir və əmindir ki, yarışlar yaxşı təşkil ediləcək. Bunu Trend-ə Norveç Olimpiya Komitəsindən deyiblər.

Komitədən bildiriblər ki, Norveç yığması əsas yarışlarda 3 medal və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak üçün iki nəfərlik kvota qazanmaq niyyətindədir.

Komitədən qeyd ediblər: "Yuniorlarımız I Avropa Oyunlarından sonra dəyərli təcrübə əldə edəcəklər. Panamerika, Afrika Oyunları kimi formatlar mövcuddur və ümid edirik ki, Avropa Oyunları qitə üçün yaxşı ənənəyə çevriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti