...

Azərbaycan Evi fəaliyyətə başlayıb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 00:12 (UTC +04:00)
İyunun 13-də Azərbaycan Evi fəaliyyətə başlayıb. Burada birinci Avropa Oyunları zamanı hər axşam müxtəlif əyləncəli proqramların təşkili, gün ərzində müxtəlif idman növlərində uğur qazanmış idmançıların adlarının elan olunması, uğurlarının müzakirə edilməsi nəzərdə tutulub.
Azərbaycan Evi fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 13-də Azərbaycan Evi fəaliyyətə başlayıb. Burada birinci Avropa Oyunları zamanı hər axşam müxtəlif əyləncəli proqramların təşkili, gün ərzində müxtəlif idman növlərində uğur qazanmış idmançıların adlarının elan olunması, uğurlarının müzakirə edilməsi nəzərdə tutulub.

"Bakı-2015"-in ulduz elçisi Murad Dadaşov bildirib ki, müasir üslubda qurulan bu məkanda idmançıların, şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, burada hər gecə əcnəbi qonaqlara bir Azərbaycan sözünün öyrədilməsi, ölkəmizə, xüsusən də gənclərə məxsus dəyərlərin çatdırılması nəzərdə tutulur.

Tədbir əyləncəli proqramla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti