...

Azərbaycan teatrlarının kollektivləri buraxılacaq

Mədəniyyət Materials 23 Dekabr 2010 11:50 (UTC +04:00)
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi teatr binasının yenidən qurulmasından sonra buraxılacaq.
Azərbaycan teatrlarının kollektivləri buraxılacaq

Azərbaycan, Bakı, 23 dekabr / Trend Life, müxbir E.Hüseynzadə/

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi teatr binasının yenidən qurulmasından sonra buraxılacaq. Aktyorlar xüsusi müsabiqədən keçdikdən sonra və müqavilə əsasında işə götürüləcəklər. Trend Life-ın məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib.

Bu, gələn il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə də şamil ediləcək. Bu addım teatrın yenidən qurulması üzrə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulub. Müsabiqədən ilk olaraq kollektivi dekabrın 30-da buraxılacaq Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları keçəcəklər.

Xəbər lenti

Xəbər lenti