...

Müğənni Sevda Yahyayeva bədxahlarını Allaha tapşırdı

Mədəniyyət Materials 4 İyun 2011 14:14 (UTC +04:00)
Bu gün şəhər restoranlarının birində "Yuxu" adlı növbəti solo konsertini verməkdən ötrü səhnəyə çıxmağa hazırlaşan Azərbaycanın populyar estrada müğənnisi Sevda Yahyayeva olduqca gərgin
Müğənni Sevda Yahyayeva bədxahlarını Allaha tapşırdı

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün şəhər restoranlarının birində "Yuxu" adlı növbəti solo konsertini verməkdən ötrü səhnəyə çıxmağa hazırlaşan Azərbaycanın populyar estrada müğənnisi Sevda Yahyayeva olduqca gərgin

əhval-ruhiyyədədir.

Trend-ə açıqlama verən Sevdanın prodüseri, konsertin təşkilatçısı Pərviz Əsgərov bunun səbəblərini belə izah etdi. "Bəzi internet saytlarında və başlıcası "Facebook" sosial şəbəkəsində Sevdaya qarşı qara-piar kampaniyası başlayıb. Baxın, konsertə bir neçə saat qalmış yalan informasiyalar yayırlar ki, guya biletlər satılmayıb, Yahyayeva qohum-əqrəbasının qarşısında səhnəyə çıxacaq. Bilirik ki, bu zərbə haradan gəlir. Amma ad çəkib qanımızı qaraltmaq istəmirik. Bir Allah şahiddir ki, Sevda necə böyük həvəslə bu axşamkı konsertinə hazırlaşır. Nə səbəbdən yalanlar yayıb, onun qanını qaraltmaq istəyirlər? Konsert günü də hansısa müğənniyə belə quyu qazmaq olar? Sevda heç kimə pislik arzulamır, heç düşmənçilik aparmaq arzusunda da deyil. Sadəcə qara-piarın başında duran dırnaqarası dostlarını Allaha tapşırır. Qoy, Allah özü cəzalarını versin ona quyu qazıyan insanların", - Pərviz Əsgərov dedi.

Məlumat üçün bildirək ki, yayılan məlumatlarda müğənninin konsertinə biletlərin 10 manata satıldığı vurğulanır və cəmi 20-yə yaxın biletin satıldığı qeyd olunur. Prodüser isə bildirdi ki, konsertdə 600 qonağın iştirakı nəzərdə tutulub. Və bu saatlara qədər artıq 500 civarında bilet satılıb.

Xəbər lenti

Xəbər lenti