...

Müğənni və teleaparıcıların "Rəngarəng" macəraları (FOTO)

Mədəniyyət Materials 1 Sentyabr 2011 18:35 (UTC +04:00)
Bu gün Azərbaycanın özəl televiziyalarından olan Lider TV-nin yaranmasından 11 il ötür.
Müğənni və teleaparıcıların "Rəngarəng" macəraları (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Bu gün Azərbaycanın özəl televiziyalarından olan Lider TV-nin yaranmasından 11 il ötür.

Tamaşaçılar yubileyi 1 sentyabr tarixində təntənəli şəkildə qeyd edilən televiziyanın bayram proqramlarını həftəsonuna qədər ardıcılıqla izləmək imkanını qazanacaqlar.

"Ulduz production" tərəfindən ərsəyə gələn və qısa müddət ərzində yayımlanmasına baxmayaraq, yetərincə tamaşaçı auditoriyası toplayan "Rəngarəng" verilişinin yaradıcı heyəti də bu xoş günə biganə qalmadı. Aparıcı Zaur Nəbioğlu başda olmaqla, 5 tanınmış müğənni və sözügedən televiziyada fəaliyyət göstən 5 teleaparıcı həmrəylik göstərib əsl bayram təşkil etdilər.

Hər şey müğənnilərdən Rəhim Rəhimli, Sevda Yahyayeva, Samir Piriyev və Teymur Əmrahın, aparıcılardan isə Zabir Əliyev, Lamiyyə Ələkbərova, Ramin İbrahimov, Lalə Əlimuxtarova və Rəqsanə Məmmədovanın eyni avtobusda cəm olmasından başladı. Hər birinizi intizarda saxlamaq naminə çəkiliş vaxtı nələrin baş verdiyini tam açıqlamaq niyyətimiz yoxdur. Bircə onu vurğulamaq yetər ki, daim sənətçilərin şıltaqlıqlarına tab gətirmək məcburiyyətində olan aparıcılarımız, bu dəfə hörmətli qonaq kimi evlərini tərk etdilər və şəhər klublarının birində yaxşıca əyləndilər. Qonaq müğənnilər - Sevinc Ağaşirinova, Xəyyam Nisanov, Niyaməddin Salaminin bayram konsertinə təşrif buyurmaları gecəyə xüsusi rəng qatdı.

"Rəngarəng"in bayram buraxılışını qaçırmaq istəməyən oxucularımız 2 sentyabr tarixində, saat 20:30-da Lider TV-nin efirini izləməyi unutmasınlar. Təqdim etdiyimiz fotosessiyada müğənni və teleaparıcıların "Rəngarəng" macəralarının necə uğurlu alındığının qiyabi şahidi ola bilərsiniz.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti